Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:35

BMT Baş katibi İsraili tənqid edib


BMT Baş katibi Ban Ki Mun Moskvada səfərdədir. Səfər zamanı Rusiya rəhbərliyi ilə danışıqlar aparacaq. Sabah isə Yaxın Şərq məsələsi ilə bağlı vasitəçilərin görüşünə qatılacaq.

Vasitəçilər İsrail-Fələstin sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəklər.

Bu günlərdə İsrail Şərqi Qüdsdə yeni yaşayış məntəqələri salacağını açıqlayıb. Fələstin bu ərazinin gələcək paytaxtı olmasını istəyir.

Dünən Nyu-Yorkda danışan Ban Ki Mun bildirib ki, işğal olunmuş ərazilərdə tikinti aparmaq qanunsuzdur. O, eyni zamanda Qəzzadan blokadanı götürməyə də çağırıb.
XS
SM
MD
LG