Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:52

Kür çayında daşqın olub


Kür çayında daşqın olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə görə, hadisə ötən gecə baş verib.

Məlumatda bildirilir ki, Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində yağan yağışlar nəticəsində daşqın əmələ gəlib və rayonun Aşağı Salahlı kəndinə yaxın ərazilər subasmaya məruz qalıb. Həmin vaxt təsərrüfatla məşğul olan 14 nəfər köməksiz vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının köməyi ilə zərərçəkənlər xilas ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG