Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:38

Rüşvət alan hərbi komissara hökm: 4 il həbs, 6 min dollar cərimə və iki il qadağa


Rusiyanın qərbindəki Penza şəhər hərbi məhkəməsi ordunun kemiş zabitini rüşvət almaq ittihamı ilə dörd il azadlıqdan məhrum edib. İttihama görə o, çağırıçılardan ordudan yayınmaq əvəzinə rüşvət alırmış.

Adı çəkilməyən bu zabit 2007-2008-ci illərdə Penzada hərbi çağırış komissiyasının rəhbəri olub.

Hökmə görə zabit həbsxandan çıxandan sonrakı iki il ərzində də orduda və başqa dövlət orqanlarında heç bir vəzifə tuta bilməz. Dövlətə də altı min dollar cərimə ödəməlidir.

Zabit özü də rüşvət aldığını etiraf edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG