Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:53

Latviyada mübahisəli Waffen-SS paradı dinc başa çatıb


İkinci Dünya müharibəsi zamanı Almaniyanın tərəfində Sovet İttifaqına qarşı vuruşmuş Latviya hərbi hissələrinin anma mərasimi sakitlik başa çatıb. Martın 16-da keçirilən mərasimdə təhlükəsizliyi təmin etmək üçün Riqa küçələrinə çox sayda polis əməkdaşı çıxarılıb.

Bu gün Latviyada “Legionerlər günü” kimi qeyd edilir. Rəsmən bayram elan edilməsə də əllərində Latviya bayraqları daşıyan yüzlərlə adam Riqa küçələrində yürüş keçirib. Onlar almanların Waffen-SS adlı hərbi hissə yaradaraq ora cəlb etdikləri 140 min latviyalını anıblar.

Tənqidlər olsa da mərasimin təşkilatçıları bildirilər ki, onlar yalnız Waffen-SS mündiri geyməyə məcbur edilmiş müharibə qurbanlarının xatirəsini yad edirlər.
XS
SM
MD
LG