Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:46

Jurnalistlər MTN-ə cağırılıb


Martın 16-da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Milli Təhlükəsizlik Nazirliyinə çağırılıb. Bu haqda AzadlıqRadiosuna məlumat verən R.Arifoğlu bildirib ki, ona "Yeni Müsavat" qəzetində dərc olunan yazı ilə bağlı sullar verilib.

Onun sözlərinə görə, söhbət həbsdə olan jurnalist Eynulla Fətullayevin “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlində MTN-in əli olması barədə son açıqlamasından gedir.

“Müstəntiqlər üç saat ərzində Fətullayevin bəyanatının qəzetimizdə yerləşdirilməsinin səbəbləri və motivlərini aydınlaşdırmağa çalışdılar”, - deyə Arifoğlu MTN-ə çağırış haqqında "Turan" informasiya agentliyinə bildirib.

“Xüsusi xidmət orqanı təmsilçiləri mənə təzyiq edərək, dedilər ki, bu mövzunu davam etdirməyim, çünki jurnalist yazıları MTN-i nüfuzdan salır və Elmar Hüseynovun qətlinin üstünü açmağa mane olur” - deyə “Yeni Müsavat” redaktoru əlavə edib.

Xəbərdə həmçinin deyilir ki, "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də martın 17-də MTN-ə dəvət edilib.

"Gündəlik Azərbaycan" qəzetinin həbsdə olan baş redaktoru Eynulla Fətuillayev bugünlərdə mediaya Elmar Hüseynovun qətlində MTN əməkdaşlarının əli olduğunu iddia edən məktub göndərmişdi.

MTN-dən baş verənlərə münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qaldı

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG