Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:43

AYİB «Nabukko» layihəsini dəstəkləyir


Bunu Azərbaycanda səfərdə olan Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Tomas Mirov deyib.

Onun sözlərinə görə, ancaq bu qaz layihəsinin gerçəkləşməsi onda iştirak edəcək ölkələrin istəyindən asılıdır. O həmçinin qeyd edib ki, bu layihənin gerçəkləşməsi üçün taranzit ölkələrin dəstəyi də tələb edilir. Eyni zamanda onun fikrincə, bu layihənin gerçəkləşməsi istehlakçı ölkələrin də tələblərindən asılıdır.

Tomas Mirov deyib ki, AYİB bu layihənin gerçəkləşməsi üçün bütün tərəflərlə əməkdaşlıq edir. Onun sözlərinə görə, AYİB-nin bu layihəyə dəstəyi təkcə maliyyə məsələləri ilə bağlı ola bilməz. Onlar eyni zamanda Bakı-Tbilisi-Ceyhan neft kəmərində olduğu kimi bu layihədə də sosial vəziyyətin və ətraf mühitin dəyərləndirilməsinə dair də öz töhfələrini verə bilərlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG