Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:20

ABŞ-ın yerdən idarə olunan təyyarələri yaraqlılara zərbə endirib


Pakistan rəsmiləri bildirirlər ki, yerdən idarə olunan ABŞ təyyarələri ölkənin Şimali Vəziristan əyalətində yaraqlılara zərbələr endirib. Rəsmilər bu zərbələrdə 10 yaraqlının öldürüldüyünü, bir neçə adamın da yaralandığını bildirirlər.

Bu ərazi Taliban əv Əl-Kaidə yaraqlılarının sığınacaq yeri kimi tanınırdı.

Pakistanın kəşfiyyat rəsmiləri öldürülənlərin bəzilərinin yaraqlılarla əlbir olan ərəb və Mərkəzi Asiya ölkələrindən xaricilərin olduğunu bildirir.

Amma media bu ərazilərə girə bilmədiyindən hələlik xəbəri müstəqil mənbələrdən təsdiqləmək mümkün olmur.

Günün bütün mövzuları

XS
SM
MD
LG