Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:00

«İcra başçısının həyat yoldaşının evi necədir, gəliri nə qədərdir? Bunları mütləq öyrənirik»


Polşanın «Gıvarek» qəzetinin redaktoru Yaroslav Muslivski

Polşanın «Gıvarek» qəzetinin redaktoru Yaroslav Muslivski

Gəncədə səfərdə olan Polşanın «Gıvarek» qəzetinin redaktoru Yaroslav Muslivski öz ölkəsində media işçilərinə olan münasibətlə Azərbaycandakı mühiti müqayisə edir:

«Azərbaycanda jurnalistlərə qarşı son 2 ildə edilən təzyiqləri, onlara olan bu pis münasibəti heç cür izah etmək olmur. Jurnalistin həbsi anlayışı bizim ölkəyə tamamilə yaddır. O demək deyil ki, bizim jurnalistlər də səhv etmir, amma bu həbslə nəticələnə bilməz. Onlara açıqlama üçün imkanlar yaradılır, hüquqları qorunur. Son 10 ildə 2 jurnalistin həbs olunduğunu xatırlayıram. Deyərdim ki, bizim ölkədə jurnalist haqları məmur haqlarını üstələyir. Ona görə də şəffaflıq və sabitlik mövcuddur».

-Yəni siz məlumat əldə etməkdə çətinlik çəkmirsiniz?

-«Demək olar ki, yox. Bizdə azaddır istənilən məlumatı əldə etmək. Mən eşidirəm ki, Azərbaycanda hətta hansısa məmurun şəklini çəkmək üçün xüsusi icazələrlə bağlı müzakirələr gedir.
Polşada kimisə çəkmək olmaz deyə bir qanun yoxdur. Xüsusən də əgər dövlət qurumunu təmsil edirsə…»

- Bəs hansı məlumatları əldə edə bilmirsiniz?

«Bəzən olur ki, bəzi şəxslər insanlardan açıq bir şəkildə pul alırsa, məlumatın yayılmasını istəmir. Amma bunu çəkən jurnalistə heç bir təzyiq ola bilməz, əksinə onun əməli qiymətləndirilir. Tutaq ki, icra başçısının həyat yoldaşının evi necədir, hansı bizneslə məşğuldur? Gəliri nə qədərdir? Biz bunları mütləq öyrənirik».

- Bəs hansısa məmur sualınıza cavab vermək istəməyəndə…?

«Hər hansı bir sualına cavab verməyəndə reytinqi aşağı düşür deyə, mütləq cavab verir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG