Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:14
Almaniyada yaşayan və uzun müddətdir ki, Qafqaz amazonlarının tarixini araşdıran azərbaycanlı tədqiqatçı və şairə Nuridə Atəşi öz yeni araşdırmasında Novruz bayramının təqdim ediləndən daha qədim tarixə malik olduğunu deyir.

“Novruzun tarixi İslamdan da, Avestadan da, hətta Şumerlərdən də əvvəlki minilliklərə aparıb çıxarır.

Hər il bütün şərq dünyasında böyük təntənə ilə bayram edilən müqəddəs Novruz bayramı Amazonların - bütün Qafqazı və orta Asiyanı qəhrəmanlıqları ilə təlatümə gətirən igid, qorxmaz, cəngavər və savaşkar Amazon qadınlarının, madərşahlığın bütün şərq dünyasına bəxş etdiyi ən böyük irsdir.

Amazonların Qafqazda Ana xaqanlığı - madərşahlığı yaratdıqları zaman təxminən e.ə. 8-10 minilliklərdə təsərrüfatla, əkinçiliklə məşğul olan qədim ulularımız yazda 3 ay (bəzi mənbələrdə 2 ay) dağlardan enərək Qarqar düzündə qarqarlarla (bu günkü Qarabağda) baharın gəlişini bayram edərmişlər”.

OMANİ-SƏMƏNİ

Nuridə Atəşi hesab edir ki, “səməni” sözünün etimologiyası da amazonlarla bağlıdır.

“Amazonların ilk tarixi mədəniyyətləri haqqında ilk kitab yazan Vyanalı yazar Sir Galahat “Analar və Amazonlar” kitabında yazır: “Hər yaz açılanda bir prinsip olaraq amazonlar qonşu tayfa ilə ciftləşməyə başlayırlar”. Yunan tarixçisi Plutarx yazır: “Midiyalılarda buğda çox müqəddəs hesab edilir. Yazın əvvəllərində midiyalılar buğdanı cücərdirlər. Bu Omani adlanır”. Qərbi hindistanlıların danışdıqları qədim sanskrit dilində Omani Sumani adlanır ki, bu da buğda kəlməsi ilə eyniləşir. Türkcə Sumani adlanan bu kəlmə dilimizdə Səməni adlanaraq Novruzun rəmzinə çevrilmişdir”.

Tədqiqatçı indiyəcən alimlərin Novruz bayramını bir çox tarixi hadisələrlə və rəvayətlərlə bağalamağa çalışdıqlarıını xatırladır.

“Məşhur Türk alimi Makkas bununla bağlı bir çox qədim yazılı və şifahi mənbələri bir yerə toplayıb: Novruzu Həzrəti Əlinin doğulduğu gün, Fatimeyi Zəhranın toy günü, Həzrət Əlinin taxta çıxması günü, Həzrət Əlinin qələbə çalması və öz rəqibləri ilə barışıq günü, Məhəmməd Peyğəmbərin Peyqəmbərlik libası - Xirge geyindiyi gün, Peyqəmbər Yunusun balığın qarnından sağ cıxdığı gün, Nuhun Gəmisinin batdığı gün, Türklərin Ərgənəkondan gəldikləri gün, atəşpərəstlərin bayram etdikləri müqəddəs gün, Adəmin yarandığı gün, həmin gün İran şahı Cəmşid özünün dünya səyahətindən gəlib Azərbaycanda qərar tutması və özü üçün burada taxt-tac quraraq özünü şah elan etdiyi gün və .s ilə əlaqələndirənlər olub”.

BUĞDA DƏNƏSİNİN İZLƏRİ...

Nuridə Atəşi Novruzun atəşpərəstlikdən əvvəl geniş qeyd edildiyini bildirir:

“Bu gün bizlərdə Novruz adı ilə qeyd edilən bayram şumerlərdə “Yeni İl, Yeni gün, yazın ilk günü. Bahar bayramı adları ilə qeyd olunmuşdur. Bəzi alimlər bu fikirdədirllər ki, Midiya (Mada) səltənətinin yıxılması ilə Avesta İranda dini görüşlərə xidmət edən bir cərəyana çevrildi. Tarixi mənbələr göstərir ki, Babilistanda Novruz qeyd edilirdi. Zərdüştülük hələ e. ə. 600 il öncə Azərbaycanda, İranda, Mərkəzi Asiyada, Əfqanıstan və Pakistanda geniş yayılmış və bu ölkələrin hamısında Novruz qeyd edilirdi”.

Tədqiqatçı hesab edir ki, Novruz bayramının tarixinin daha geniş araşdırılmasına ehtiyac var:

“Qafqaz və Azərbaycanın ərazilərindən tapılmış daş və sümük toxalar, daş dişli sümük oraqlar dənli bitgilərin ən qədim əkin yerlərinin Qafqaz olması, Qarqarlar təpəsində buğda dənəsinin izlərinə, Qazax-Ağstafa ərazisindəki Şomutəpədən, Töyrətəpədən və Baba Dərvişdən tapılmış taxıl dənləri 5-6 min il bundan əvvələ, Qarqarlar təpəsində e.ə 5-4-cü minillərə aid edilən buğda dənəsi, Gürcüstandakı İmiris dağında qara məsgəndən e.ə. 5-4 minillərə aid amazon qadın heykəlciyinin qarnında sünbül işarəsi, Qobustan qaya rəsmlərində biçin prosesini göstərən hətta sünbül rəsmlərini ayırd edən qaya rəsmləri, “Yallı” rəqsi bu gün də tonqal ətrafında əl-ələ tutaraq edilən “Yallı” rəqsinin orada od yeri, tonqal yeri Novruzun açılmamış yeni səhifələridir”.

SON AMAZON NÜŞABƏ

Nuridə Atəşi hesab edir ki, indi mövcud olan bəzi Novruz adətləri də bayramın tarixinin amazonların dövrünə gedib çıxdığını göstərir.

“Amazonlar əllərinə xına yaxarmışlar. Qafqaz Albaniyasında utilər(udinler) “jog olun axsi bay” bahar bayramında “hərsə” bişirərərk yumurta boyayır və tonqal qalayaraq üzərindən atlanırmışlar. Amazonlar bahar bayramı tarlalar şumlanıb taxıl cücərdiyi zaman dağlardan düzənliyə enərək əkinlər bərəkətli olsun deyə cücərmiş sünbüllərin üzərində sevgililərinə qovuşarlarmış. Bütün bu adəti Amazonlar getdikləri hər yerə aparmışlar. Amazonların yaşamış olduqları bütün torpaqlarda bu gün Novruzun keçirilməsi heç də təsadüfi ola bilməz. Onların Qafqazdan baş alıb Qara Dəniz sahilləri, Türkiyə- bütün Kiçik Asiyayaya, Trakya, Suriya Ərəbistan və Misirə axınları və məhz bu ölkələrdə bu gün də Novruzun bayram edilməsi məhz amazonların tarixi ilə onların irsi ilə bilavasitə qırılmaz tellərlə bağlıdır. Təsadüfi deyil ki antik mənbələr Böyük İskəndərin son Amazon olan Tallestrisin (N.Gəncəvi onu Nüşabə adlandırıb) görüşünə məhz bu ölkədə keçirilən ən önəmli bayram hesab edilən bahar bayramının (Novruz) keçirildiyi gün gəlməsi bu müqəddəs bayramı bütün şərq dünyasına bağışlayan ulu Qafqaz və Azərbaycan olduğu bir daha sübut edir”.

(Bu yazı Nuridə Atəşinin "Oxu zalı"na göndərdiyi elmi məqalə əsasında hazırlanıb).

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG