Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 21:07
«Azərbaycan prezidenti nə sağına baxır, nə soluna. Öz müstəqil siyasətini aparır. Öz xalqı ilə öz siyasətini aparır. Heç bir kənar güclər, heç bir «Washington Post»lar, heç bir yazılar, heç bir şərlər ona yapışan deyil. Bunu hamı, o cümlədən də deputatlar bilməlidir».

Bu fikirləri spiker Oqtay Əsədov parlamentin martın 16-da keçirilən iclasında deputatlar Pənah Hüseyn və Qüdrət Həsənquliyevin bu günlərdə «Washington Post» qəzetində prezident İlham Əliyevlə bağlı dərc olunmuş yazı barədə fikirlərinə cavab olaraq deyib.

Qüdrət Həsənquliyev hesab edir ki, Amerika belə vasitələrlə Azərbaycana təzyiq etmək istəyir.

Pənah Hüseynə görə isə, məsələyə aydınlıq gətirməsi prezident İlham Əliyevin özünün maraqlarına xidmət edər.

Oqtay Əsədov deyib ki, «dövlət başçısına deyilən və yazılan hər bir gədə sözünə dövlət başçısı cavab vermir».

«The Washington Post» qəzeti mart 5-də yazdığı məqalədə qeyd edib ki, Azərbaycandan olan, adları, soyadı və doğum tarixləri prezidentin uşaqları ilə eyni olan 3 Əliyevin Dubayda 75 milyonluq mülkü var.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG