Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:36

ATƏT-in maşınları Ağdamda batıb


Ağdam, 2001-ci ilin yayı
Ağdam, 2001-ci ilin yayı
Martın 16-da ATƏT nümayəndələrini Ağdamın Təzəkənəd kəndinə aparan nəqliyyat vasitələri bataqlığa düşüb.

Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu verib.

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikası Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq planlaşdırılırdı.

Nazirliyin məlumatına görə, monitorinq səfərindən öncə bu ərazinin əlverişsiz, bataqlıq sahə olduğu ATƏT nümayəndələrinin nəzərinə çatdırılıbmış:

«Lakin onlar təkidlə məhz Ağdam rayonunun Təzəkənəd kəndinin cənub istiqamətindəki təmas xəttində monitorinq keçirmək istədiklərini bildirmişdilər. Bu təkiddən sonra monitorinqə icazə verilib».

Bu gün isə bataqlığa düşən ATƏT nümayəndələrinin maşınları yerli əhalinin, texnikanın köməyi ilə bataqlıqdan çıxarılıb.

Monitorinq baş tutmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG