Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:33

Prezident AYİB-nın prezidenti ilə görüşüb


Prezident İlham Əliyev martın 16-da Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Ötən il dünyada baş verən maliyyə böhranına baxmayaraq əməkdaşlığın davam etdiyini qeyd edən İ. Əliyev dövlət strukturları ilə yanaşı, özəl sektorda da
birgə layihələrin maliyyələşdirilməsini müsbət hal kimi dəyərləndirib.

Ötən il Qaradağ sement zavoduna qoyulan sərmayənin özəl sektora ən böyük investisiya yatırımlarından biri olduğunu deyən Tomas Mirou isə rəhbərlik etdiyi bankın, həmçinin Azərbaycanın bank sektoru ilə uğurlu əməkdaşlıq həyata keçirdiyini bildirdi.

T. Mirou Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanın enerji sektorunda əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu da vurğulayıb. /AzərTac/
XS
SM
MD
LG