Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:14
Rusiyada Məhəmməd peyğəmbərə həsr edilmiş şeir müsabiqəsi keçirilib. Bu il 4-cü dəfə keçirilən "Aləmlərə rəhmət: Peyğəmbər həzrəti Məhəmməd\" adlı şeir müsabiqəsi Rusiya Müftilər Şurası tərəfindən təşkil edilib.

Müsabiqəyə Rusiyadan 112 şair qatılıb.

Münsiflər heyəti təqdim edilən əsərlər arasında birinciliyə layiq olan əsər görməyiblər. "Ən yaxşı ikinci yer\" mükafatını qazanan isə rus şair olub.

Müsəlman olmayan Nikolay Pereyaslovun "Məhəmməd peyğəmbərin vida xütbəsi\" şeiri müsabiqənin ən bəyənilən əsərlərindən ikinci olub.

Üçüncü yeri isə "Örtük" şeiri ilə Marat Safiulin və "Məkkə yağmuru" şeiri ilə Qalina Emıkova bölüşdürüb.

Müsabiqənin qalibi ona uğur gətirən şeirin macərasının Antaliyadan başladığını bildirib.

"Mən Türkiyədə olarkən müqəddəs Nikolayın qəbrini ziyarət etdim. Orada Türkiyənin müsəlman bir ölkə olmasına baxmayaraq Nikolaya qarşı böyük hörmətin şahidi oldum. Təmizlik, kilsənin vəziyyəti heyranedici idi\",-deyə Pereyaslov təəssüratlarını bölüşüb.

Rus şairinin sözlərinə görə, ölkəsinə qayıtdıqdan sonra İslam dini ilə maraqlanaraq Məhəmməd peyğəmbərin həyatını öyrənməyə başlayıb. "Ən çox Vida xütbəsindən təsirləndim.

Bizim dinizmizə zidd heç nə tapa bilmədim. İlhama gəldim və hisslərimi kağıza tökdüm. Məhəmməd aləmlərə nur saçan peyğəmbər idi\",-deyə şair öz hisslərini dilə gətirib.

"Bizim yol"
XS
SM
MD
LG