Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:48

«Əli Həsənov nə deyibsə, düzdür»


«The Washington Post», «New York Times», «Guardian» və digər qəzetlər çox şey yaza bilərlər. Qəzetlərin yazdığı sənəd deyil».

Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı belə deyib. O, əlavə edib ki, «Əli Həsənovun fikirlərinə şərh vermək istəmirəm. Amma o nə deyibsə, düzdür».

Prezident seçkilərində İlham Əliyevin deklarasiyada gəlirlərini göstərməməsinə cavab olaraq Mübariz Qurbanlı deyib ki, burada söhbət prezidentin yox, ailəsinin gəlirlərindən gedir.

«The Washington Post» qəzeti mart 5-də yazdığı məqalədə qeyd edib ki, Azərbaycandan olan və adları, soyadı və doğum tarixləri prezidentin uşaqları ilə eyni olan 3 Əliyevin Dubayda 75 milyonluq mülkü var.

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov qəzetin yazdığını şərh edərkən deyib ki:

«Heç bir qanun prezidentin ailə üzvlərinə, onun həddi-buluğa çatmış uşaqlarına və yaxınlarına hər hansı bizneslə, yaxud kommersiya fəaliyyəti ilə məşğul olmağı qadağan etmir».
XS
SM
MD
LG