Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:31

Martın 16-da tanınmış jurnalist İbrahim Bayandurlu vəfat edib. O, AzadlıqRadiosunun Azərbaycan redaksiyası ilə əməkdaşlığa yenicə başlamışdı. Uzun müddət "Zerkalo" qəzetinin şərhçisi olub. Vaxtilə Qarabağ müharibəsində ağır yaralanmışdı

Bakı Kliniki Tibbi Mərkəzdən AzadlıqRadiosuna bildiriblər ki, jurnalist dünən səhər 11:30 radələrində ağır vəziyyətdə xəstəxanaya gətirilib. Xəstəni qəbul edən reanimotoloq Şöhrət Verdiyev deyib ki, İ. Bayandurlunun qida borusunun venaları partlayıb və güclü qanaxma nəticəsində bu gün səhər saat 05:00 radələrində vəfat edib.

O, qara ciyərin serrozu, qara ciyər qapı venasının genişlənməsi, Hepatit C, qida borusu venalarının 4-cü dərəcəli genişlənməsindən əziyyət çəkirdi.

«Zerkalo» qəzetinin şərhçisi olmuş İ.Bayandurlu Qarabağ müharibəsində də iştirak edib. 1992-ci ildə başından yaralanmışdı. Uzun müddət döyüşlərdə aldığı qəlpə yarasından əziyyət çəkirdi.

İ. Bayandurlu son zamanlar AzadlıqRadiosunun Azərbaycan redaksiyasının rus bölməsi ilə əməkdaşlıq edirdi. Onun AzadliqRadiosunda böyük oxucu marağına səbəb olan son işləri arasında «Solidarnost» Rusiya demokratik hərəkatının yaradıcılarından biri Hari Kasparov və hazırda Londonda mühacirətdə yaşayan Rusiya oliqarxı Boris Berezovski ilə müsahibələri var.

1972-ci il doğumlu jurnalist evli idi, bir qızı var.

İ. Bayandurlunun dəfn mərasimi bu gün saat 14:00-da «Hyatt Recency» oteli ilə üzbəüz binanın həyətində olacaq.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG