Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:37

Şirin Ebadi narahatdır


İranın hüquq müdafiəçisi Şirin Ebadi narahatdır ki, dünya ictimaiyyəti İranın nüvə proqramı barədə düşünərək, insan haqlarının pozulması problemlərini unudacaq.

Parisdə mətbuat konfransında danışan Nobel mükafatlı Ebadi qeyd edib ki, İran həbsdə olan jurnalistlərin və yeniyetmələrin sayına görə liderlik edir.

Ötən həftə Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi bəyan edib ki, fevral ayında İran həbsxanalarında olan jurnalistlərin sayı 52-ə çatıb.

Bu göstəriciyə görə İran dünyada liderdir. Daha sonra Çin və Kuba gəlir.

Günün bütün mövzuları

XS
SM
MD
LG