Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 20:47
Regional İnsan Hüquqları və Media Mərkəzi region teatrlarının monitorinqini yekunlaşdırmaq üzrədir. Birliyin rəhbəri Xalid Kazımovla söhbətimiz elə bu barədədir.

- Bir neçə ay öncə proqramımızda sizin monitorinqlərə başlamanızla bağlı xəbər vermişdik. Vəziyyət nə yerdədir?


- Demək olar ki, yekunlaşmaq üzrədir. Bu ilin yanvar ayında Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə işə başladıq. Layihənin birinci mərhələsində işçi qrupunun yaradılması, fəaliyyətimizin hansı istiqamətdə qurulacağı üstündə iş getdi. Fevral ayının ilk həftəsində region teatrlarının vəziyyətini öyrənmək üçün səfərə çıxdıq. Layihədə nəzərdə tutulan 4 yerdə olduq - Gəncə, Şəki, Mingəçevir və Qaxda.

- Məhz bu teatrların seçilməsində məqsəd nəydi?

- Məqsəd o idi ki, bu teatrların yetərincə tarixi ənənələri var. Şəki və Gəncə teatrları Sovet dövründə də tanınmış teatrlar idi. Amma son vaxtlar həm paytaxtdakı, həm də bölgələrdəki teatrların vəziyyətinin qənaətbəxş olmadığı xəbərləri gəlirdi. Və biz durumu yerində öyrənmək üçün monitorinqlərə başladıq.

- Hardan başladınız monitorinqlərə?

- İlk səfərimiz Gəncəyə oldu. Gəncə teatrında ümumi vəziyyət o qədər də pis deyildi. Həm teatr binası, həm işçi heyət - aktyorlar, rejissorlar qənaətbəxş görünürdü. Amma onlar da etiraf edirdilər ki, 90-cı illərdən sonra Gəncə teatrı tənəzzül dövrünü yaşayıb. Bu 2003-cü ilə qədər davam edib. Biz monitorinqləri təkcə teatrlarda aparmadıq, şəhər əhalisi ilə də görüşdük, teatrla bağlı fikirlərini öyrəndik. Hazırda həmin sorğu-anketlərin saf-çürük edilməsi mərhələsindəyik. Odur ki, konkret rəqəmlər deyə bilməyəcəyəm. Apreldə geniş ictimai müzakirə olacaq, bu rəqəmlər də orda açıqlanacaq.

- Qayıdaq Gəncə teatrına. Nələr diqqətinizi çəkdi?

- Dediyim kimi, görüntüsü yaxşı idi. Bir neçə il öncə təmir olunmuşdu. Amma Gəncə teatrı texniki avadanlıqlar, müasir informasiya və kommunikasiya texnologiyalarının istifadəsi baxımından çox zəifdir. Sonuncu dəfə gənc kadrlar teatra ötən əsrin 80-ci illərində gəliblər. Bunu da onunla izah edirlər ki, region teatrlarında karyera qurmaq asan deyil. Texniki vəziyyət onların istedadını açmaq üçün kifayət eləmir. Ona görə gənclər bura maraq göstərmir. Digər əsas cəhət isə, yəqin ki, maddi problemlərdir. Bu gün aktyorların heç biri teatrdan aldığı məvaciblə özünü dolandıra biləcəyini düşünmür. Üstəlik, teatra gələn gənc mütəxəssisə heç bir güzəşt yoxdur. Vəziyyətdən çıxmaq üçün özləri gəncləri teatra cəlb etməyə qərar veriblər. Son illər 4 nəfəri beləcə teatra işə götürüblər. Şəki teatrında daha irəli gediblər. 40 nəfər seçib teatr aktyorlarının hesabına onlara təlim keçiblər. İndi onların arasında baş rolda oynayanlar da var. Gəncə teatrında səhnə avadanlıqları, dekorasiyalar, işıq demək olar ki, sovet dövründən qalmadır. O qədər köhnəlib ki, detalları tapmaq olmur. Mənim fikrimcə, bölgə teatrlarının aktyorlarını qəhrəman adlandırmaq olar. Onlar öz fədakarlığı hesabına, bir az da, dövlətin gücünə teatrı ayaqda saxlaya biliblər.

- Şəki teatrına keçək...

- Binası çox acınacaqlıdır. Hətta pəncərələri müəyyən parçalarla tutublar...Amma Şəki teatrı öz gücü hesabına xarici teatrlarla əlaqə qurmağı bacarıb. İldə bir neçə dəfə xarici qastrollarda da olur. Hər il 5-6 yeni tamaşa hazırlanır. Burda da hər şey köhnə avadanlıqlarla idarə olunur. Dekorasiya baxımından vəziyyət ürəkaçan deyil. Qızdırılma bərbad vəziyyətdədir. XXI əsrdir—Şəki teatrı da, Qax teatrı da, odun sobalarından istifadə edir. Soyuq olduğundan, məşq etmək problemə çevrilir, o da ola tamaşaçını teatra cəlb etmək...

- Qaxda hansı teatrlara baş çəkdiniz?

- Həm Kukla teatrına, həm də Gürcü teatrına. Bütün teatrlarda eyni söz eşitdik: Teatrın təmirinə və avadanlığa ehtiyac var! Mingəçevir teatrı hazırda təmirdədir. Ora müasir avadanlıqla təmin olunmalıdır. Digərlərinin dəstəyə ehtiyacları var. İndi dövlət proqramı qəbul edilib - 2010-19-cu illər üçün. Yəqin müəyyən işlər görüləcək, amma sürətləndirmək lazımdır. Biz belə hesab etdik ki, bölgə teatrlarının iş prinsipini də dəyişmək lazımdır.

- Xalid Kazımov bölgə teatrlarının iş prinsipini necə dəyişməyi tövsiyə etdi?

- Şəki teatrından aldığı ən xoş təəssürat nə oldu?

- Qonağımız bölgə teatrlarının repertuar seçiminə hansı iradlar tutdu?

- Qax Gürcü teatrında nəyi bəyəndi, nəyi yox?

BÜTÜN BUNLARI ELƏ BU SƏHİFƏDƏ DİNLƏYƏ BİLƏRSİNİZ.

Buna da bax:

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG