Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:00

Prokuror Avropa çempionuna 11 il həbs cəzası istəyib


Martın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə dələduzluqda təqsirləndirilən Azad Məmmədovun cinayət işi üzrə məhkəməsi keçirilib.

Azad Məmmədov qaydasız döyüş üzrə Avropa çempionatının mükafatçısıdır.

İttihama görə, o, Şəki şəhər sakinləri Şəkilə Zeynalovadan 26 500, Gülnarə Yusifovadan 75 min, Sahibə Həsənovanın 22 min ABŞ dolları alaraq mənimsəyib.

Ötən il həmin şəxslərin şikayətləri əsasında həbs olunub. Şəkinin Qoxmuq kəndindəki evində aparılmış axtarış zamanı bir ədəd «Vinçester» tipli tüfəng, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

Prokuror ittihamların məhkəmədə təsdiqini tapdığını bildirib və məhkəmədən Azad Məmmədova 11 illik həbs cəzası təyin olunmasını istəyib.
XS
SM
MD
LG