Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:32

Qərb rəsmilərii İrana qarşı yeni sanksiyalar üçün kampaniya aparır


İranın nüvə proqramı ciddi təhlükədir və dünyanın lider dövlətləri İranın nüvə silahına malik olmasının qarşısını almaq üçün birgə tədbirlər görməlidirlər.

Britaniyanın Xarici İşlər Naziri Devid Milibənd Çin rəsmiləri ilə görüşdən əvvəl belə deyib. Mİlibəndin sözlərinə görə, o, Pekindəki görüşlərdə Çin rəsmiləriylə məhz İranı nnüvə proqramına qarşı birgə mübarizəni müzakirə edəcək.

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çİn bu günə kimi İranın nüvə proqramına görə sərt sanksiyalar tətbiq edilməsinə qarşı çıxıb. İransa ümumiyyətlə nüvə proqramının dinc məqsədli olmasında israr edir.

MArtın 15-də Almaniyanın Baş kansleri Angela Merkel deyib ki, İrana qarşı sanksiyaların vaxtı gəlib çatıb. Fransa Xarici İşlər Naziri Bernar Kuşner isə bir gün əvvəl Avropa Birliyinin Tehrana qarşı daha sərt sanksiyalara tərəfdar olduğunu demişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG