Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:50

ABŞ prezidentinin müşaviri İsrailin yeni planlarını ölkəsinə təhqir sayır


İsrailin Şərqi Qüdsün yanındakı yəhudi məskənlərində 1600 yeni ev tikmək planları sülh danışıqlarını pozmağa xidmət edir. ABŞ Prezidenti Barak Obamanın müşaviri Devid Akselrod NBC televiziyasına müsahibəsində belə deyib. Akselrod həmçinin vurğulayıb ki, İsrailin bu qərarı Fələstinlə danışıqlarıda vasitəçilik edən ABŞ-ı da “təhqir etmək”dir.

Ötən həftə ABŞ vitse-prezidenti Co BAydenin regiona səfəri və fələstinliləri danşıqları bərpa etməyə razı salmasından sonra İsrail yeni yəhudi məskənləri salmaq planını açıqlamışdı.

İsrailin Baş naziri Benyamin Netanyahu bazaar günü bu açıqlama ilə bağlı narahatlığını ifadə edib və tərəfləri soyuqanlı olmağa çağırıb.

Martın 15-də isə Netanyahu bir gün əvvəlki açıqlamalarının əksinə, yəhudi məskənlərinin salınması prosesinin dayandırılmayacağını və son 42 ildə olduğu kimi, davam edəcəyini bildirib.
XS
SM
MD
LG