Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

Rusiya Gürcüstanda yayımlanan qurama reportajı paranoya adlandırır


Gürcüstanda prezidentin öldürülməsiylə və ölkənin işğal olunmasıyla bağlı saxta, qurama reportajı efirə verən İmedi Televiziyasının rəhbəri Giorgi Arveladze cammatın panikaya düşməsinə görə istefa verməyəcəyini deyib.

Özəl “İmedi” Televizyasının rəhbəri və prezident Saakaşvilinin də müttəfiqi olan Arveladze qurama reportajın yayımlanma şəklinə görə üzr istəyib, amma deyib ki, məqsədləri heç də camaat arasında panika yaymaq olmayıb.

Şənbə günü nümayiş etdirilən həmin qurama reportajda Rus tanklarının Tbilisyə doğru hərəkət etdiyi, müxalifətin rusların dəstəyi ilə hakimiyyəti devirdiyi və prezident Saakaşvilinin öldürüldüyü iddia olunmuşdu. Reportaj 2008-ci ilin avqust ayındakı Rusiya işğalının təkrarlanması panikasının yaratamışdı.

Gürcüstan müxalifəti hakimiyyət böhranından diqqəti yayndırmaq üçün bu reportajın yayımlandığını iddia edir və kanalı məhkəməyə verməyə hazırlaşır.

Prezident Saakaşvili isə reportajla panika yaratdığına görə kanalı tənqid edib, amma deyib ki, əslində orda göstərilənlər reallıqda baş verə biləcək ssenaridən fərqlənmir.

Son olaraq Rusiya Xarici İşlər nazirliyi reportajla bağlı bəyanat yayıb. Bəyanatda bu cür qurama reportajın yayımlanmasının məsuliyyətsiz, mənəviyyatsız və siyasi paranoyanın məhsulu olan davranış olduğu bəyan olunub. Rusiya tərəfi Gürcüstan hakimiyyətinin bilvasitə bu reportajın efirə getməsində maraqlı olduğunu da əlavə edib.

ABŞ_ın Gürcüstandakı səfiri bu cür uydurma reporatjın nümayişini məsuliyyətsizlik adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG