Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:12

5 intiharçı bombaçı özünü partlatmadan öldürüldü


Əfqanıstan təhlükəsizlik qüvvələri Paktika əyalətində silsilə hücumlar planlayan 5 intiharçı bombaçını martın 15-də öldürüb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, intiharçılar Pakistanla sərhəddə hpkumət binalarına hücumlar planlaşdırırdılar. Onlardan 3-ü Barmal şəhərindəki hədəflərə çatmamış, yolda öldürülüb. Digər iki intiharçı isə öldürülməzdən əvvəl təhlükəsizlik qüvvələri ilə atışıblar.

Son zamanlar Taliban yaraqlılarının silsilə-eynivaxtlı intiharçı bomba partlayışları təcrübəsindən istifadə halları artıb. Sonuncu belə hücum şənbə günü, Qəndəharda həyata keçirilmişdi və 30 nəfər həlak olmuçdu.

Taliban hücuma görə məsuliyyəti üzərinə götürüb və bunun NATO qüvvələrinin əyalətdə hazırlanan hücumuna əvvəlcədən cavab olduğunu bildiriblər.
XS
SM
MD
LG