Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:02

Helsinki Komissiyası Azərbaycan iqtidarını kəskin təndqid edir


ABŞ-ın Helsinki Komissiyası ötən ilin iyulunda tutulan və noyabrda məhkəmə qərarıyla həbs c'zas; alan bloqqerlər Adnan Hacızadə və Emin Millinin apelyasiya şikayətinin rədd edilməsinə görə Azərbaycan hakimiyyətini kəskin tənqid ediblər.

Helsinki Komissiyasının sədri, Senator Bencamin Kardin deyib ki, “Bu, Azərbaycanda müstəqil jurnalistika və vətəndaş cəmiyyətiylə bağlı uzunmüddətli geriləmə prosesində növbəti nümunədir. artıq yetərincə aydındır ki, nəyə görə, ATƏT-in Media təmsilçisi Azərbaycanı jurnalistlərin həbsinə görə regionunda lider olduğunu deyirş”.

Helsinki KOmissiyasının həmsədri – Konqresmen Elsii Hastinq isə bəyənatda bildirib ki, bloqqerlərin apelyasiya şikayətinin rədd edilməsi məhkəmə sisteminin müstəqil olmadığını göstərir.

Helsinki Komissiyası 2009-cu il dekabrın 11-də İlham Əliyevə məktub göndərib işin ədalətli araşdırılmamasından narahatlığını ifadə etmişdi.
XS
SM
MD
LG