Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:40

.com - 25


Com- ingiliscə kommersial sözünün əvvəlidir
Com- ingiliscə kommersial sözünün əvvəlidir
Martın 15-də .com-un 25 yaşı tamam oldu. Bu hadisə martın 16-da Vaşinqtonda təntənə ilə qeyd olunacaq. Hətta keçmiş Amerika prezidenti Bill Klinton nitq söyləyəcək.

.COM-A BU EHTİRAM HARDANDIR?


Vaxtilə, axtarış sistemləri olmayanda, birbaşa ünvan yazmaq tələb olunanda, məsələn, «Microsoft» şirkətindən proqram yükləmək lazım olanda internetdə hansı ünvana girirdilər? - Microsoft.com-a.

.com dünyada ən geniş yayılmış İnternet domeyn adları siyahısına daxildir.

Dünyada .com ünvanlı 86 milyon şirkət var. Hər gün dünyada 100 min şirkət adının sonuna .com yazılmış qeydiyyat vəsiqəsi alır.

.com işinin əsas hissəsini İnternetlə görən şirkətin işarəsidir. Com- ingiliscə kommersial sözünün əvvəlidir.

1990-cı illərin ortalarına qədər .com-u tanıyan çox az idi. Hətta «Microsoft» şirkəti .com kimi qeydiyyatdan 1991-ci ildə keçib - bu domeyn yaradılandan 6 il sonra.

.com-u 1985-ci ildə ilk tətbiq edən isə Massaçusets ştatında kompyuter düzəldən «Symbolics» şirkəti oldu. O, qeydiyyatdan Symbolics.com kimi keçdi. Şirkətin məqsədi bütün kompyuter şirkətlərini vahid ünvanla İnternetdə bir yerə toplamaq idi.

.COM KİMİ VAHİD ÜNVANIN ÜSTÜNLÜYÜ NƏDƏ İDİ?

İnternetlə biznes quranlar mümkün qədər çox potensial alıcı cəlb etmək istəyirdilər, vahid formalı ünvan isə alıcılara öz potensial satıcılarını dərhal tapmağa kömək edirdi.

Bu baxımdan, ünvanı yaxşı və asan olan İnternet səhifəsinə girən çox olduğuna görə, bu sayta reklam verənlər də çox olur.

ƏN BAHALI .COM ADLARI VƏ ŞİRKƏTLƏRİ

Britaniyanın «Daily Telegraph» qəzeti .com-un yubileyi ilə bağlı bir maraqlı misal çəkir. Sex.com saytı bir həftədir, satışa çıxarılıb. Satışa da yox, hərraca. Belə baxanda, sex.com bir quruca adıdır, ancaq onun ilkin hərrac qiyməti 1 milyon dollardan başlanır.

Qəzet yazır ki, bu, dünyada hazırda ən bahalı saytdır - qoyulan pulla indiki qiyməti arasındakı nisbətə görə. Saytın indiki sahibi isə onu 4 il əvvəl 14 milyon dollara alıb.

Adı belə cəlbedici .com şirkətinə başqa misal bodybuilding.com-dur. Onu 2 il əvvəl «Liberty Media» şirkəti 100 milyon dollara alıb.

Ən baha qiymətə satılan .com şirkətlərinə misal olaraq hamıya tanış olan Skype-i çəkmək olar. Onu «eBay» şirkəti 5 il əvvəl 2 milyard 600 milyon dollara alıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG