Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:29

Quba-Xınalıq yolunda sürüşmə olub


Quba-Xınalıq yolunun Xınalıq kəndindən 9 km aralı hissəsində sürüşmə olub. Kənd sakini Afəddin Əhmədovun Azadlıqradiosuna verdiyi məlumata görə, yolun təxminən 500 metr hissəsi tam yarasız hala düşüb. Kəndlə rayon mərkəzi və bir neçə yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsi kəsilib.

«Tamamilə dağılıb, piyada da keçmək olmur. Doqquz km yolu piyada gedirik yol dağılan yerə qədər, ordan Qubadan gələn maşınlara minirik.Geri qayıdanda da əlimizdəki yüklə piyada qalxırıq kəndə. Çox əziyyət çəkirik».

Kənd sakinləri deyirlər ki, yol bir neçə gün əvvəl dağılsa da hələki hadisə yerində iş aparılmır.

Nəqliyyat Nazirliyində katibliyin rəhbəri Namiq Həsənov iş aparılmamasıyla bağlı kənd sakinlərinin dediklərilə razılaşmır. Onun dediynə görə, hazırda həmin əraziyə ağır texnika cəlb edilib və yol bərpa edilir.

Quba-Xınalıq yolunda 2009-cu ilin oktyabrında da sürüşmə olmuşdu. Həmin vaxt sürüşmə 1 km-dən çox ərazini əhatə eləmişdi.

Bu yol 2005-ci ildə istifadəyə verilib. Açılışda Prezident İlham Əliyev də iştirak edib.
XS
SM
MD
LG