Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:41

«İmedi» kanalının rəhbəri istefa vermək istəmir


Bir neçə gün əvvəl Gürcüstanın Rusiya tərəfindən zəbt edildiyi barədə süjet yayan televiziyanın rəhbəri istefa verməyəcəyini deyib. «İmedi» televiziyanın başçısı, prezident Mixail Saakaşvilinin müttəfiqi Giorgi Arveladze süjetin təqdim olunma şəklinə görə üzr istəyib. Bildirib ki, məqsəd təlaşa səbəb olmaq yox, hadisələrin mümkün inkişafını göstərmək olub.

Şənbə günü efirə gedən süjetdə müxalifətin köməyi ilə Rusiyanın Gürcüstanı zəbt etdiyi, president Saakaşvilinin öldürüldüyünü deyib.

Kanal bunun səhnələşdirilmiş olduğunu desə də süjet vətəndaşlar arasında vahimə yaradıb. Qorxuya düşmüş camaat elə bilib ki, 2008-ci ilin avqust hadisələri təkrar olunur.

Müxalifət hökuməti mətbuatdan tənqidi yanaşanları ləkələmək üçün istifadə etməkdə günahlandırıb.

ABŞ-ın Gürüstandakı səfiri süjeti «məsuliyyətsizlik» adlandırıb.
XS
SM
MD
LG