Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:55

Cəlal Əliyevin apelyasiya şikayətinə baxılıb


Martın 15-də millət vəkili, prezidentin əmisi Cəlal Əliyevin «Yeni Müsavat» qəzetinin baş redaktorunun birinci müavini Azər Ayxan və yazı müəllifi Qoşqar Bakılıya qarşı apelyasiya şikayətinə baxılıb. Proses martın 30-a təyin edilib.

Prezidentin əmisi, millət vəkili Cəlal Əliyev yanvarın 5-də «Yeni Müsavat» qəzetində «Prezidentin narazı qaldığı obyektin sahibi tapıldı; «Bakı» mehmanxanası Cəlal Əliyevin imiş» başlıqlı yazıya görə Nizami rayon məhkəməsinə müraciət edib.

Azər Ayxan: «On ildən bəri onun adına hallandırılan obyektlərlə bağlı «Yeni Müsavat» qəzetində bizim növbəti dəfə yazmağımız onu qəzəbləndirib və bizi məhkəməyə verib».

Cənab Əliyev sözü gedən yazıda ona böhtan atıldığını və təhqir olunduğunu əsas gətirərək məhkəmədən hər iki jurnalistin Cinayət Məcəlləsinin (147.1 , 147.2 və 148-ci maddələrilə) böhtan və təhqir olunma maddələrilə ittiham olunmalarını istəyib.

Amma Nizami məhkəməsi iddia təmin etməyib. Bundan sonra Cəlal Əliyev Nizami rayon məhkəməsinin qərarından apelyasiya şikayəti verib.
XS
SM
MD
LG