Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:22

ATƏT-in Parlament Assambleyasının sədri Bakıda görüşlər keçirir


ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş

ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş

Azərbaycanda səfərdə olan ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş martın 15-də Milli Məclisdə Azərbaycanın bu qurumdakı nümayəndə heyəti və Dağlıq Qarabağ icmasıyla görüşüb.

Ötən gün Parlament Assambleyasının sədri Joao Soareş və qurumun Qarabağ münaqişəsi üzrə nümayəndəsi Qoran Lenmarker ölkədəki bir sıra siyasi partiya nümayəndələrilə görüşüblər. Görüşdə iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, onlar Qarabağ münaqişəsinin həlli və ölkədəki seçkiqabağı vəziyyəti müzakirə ediliblər. Partiya sədri deyir ki, müzakirələr zamanı onlar qurumun fəaliyyətini tənqid ediblər.

«Görüşdə iştirak edən partiyalar Ermənistan Azərbaycan münaqişəsinin həllində ATƏT-in tutduğu mövqeyi və Azərbaycanın haqq işini müdafiəsində ikili standartlarla yanaşmasını, problemlərin həllində hüquqdan çox, siyasi yol axtarmaları ATƏT-in diqqətinə çatdırdı və qurumun fəaliyyətinin qənaətbəxş olmadığı fikrini bildirdilər».

Joao Soareşin Milli Məclisin sədri Oktay Əsədov, Xarici İşlər Naziri Elmar Məmmədyarov və prezident İlham Əliyevlə görüşləri gözlənilir.

Joao Soareş Cənubi Qafqaza səfəri çərçivəsində Azərbaycana gəlməzdən əvvəl Gürcüstan və Ermənistanda olub.

Səfər martın 16-da başa çatır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG