Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

«Vahid Rusiya» partiyası seçkilərdə irəlidədir


Rusiyanın hakim partiyası regional seçkilərdə liderlik edir. Ancaq ötən seçkilərlə müqayisədə «Vahid Rusiya» partiyasının tərəfdarları azalıb.

İlkin məlumata görə baş nazir Vladimir Putinin partiyası ən azı bir regionda merlik yerini itirib. İrkutsk şəhərində «Kommunist» Partiyasının namizədi irəlidədir.

Dünən Rusiyanın 76 regionunda yerli orqanlara seçkilər keçirilib. Müxalifət və hakim partiyalar bir-birini seçkiləri saxtakarlıqda günahlandırıblar.

«Vahid Rusiya» partiyasından olan deputat Vyaçeslav Timçenko kommunistlərin, «Liberal Demokrat» və «Ədalətli Rusiya» partiyalarının seçki pozuntuları ilə bağlı bəyanat yayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG