Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:32

İngilis dili, pul....Gürcüstanın elminə əngəl


David Çaqaşadze

Orta əsrlərdə Gürcüstanda elm daha çox humanitar sahələr üzrə inkişaf etmişdi. Sovet hökuməti illərində isə vəziyyət dəyişdi.
Bunu İlya Çavçavadze universitetinin rektoru Qiqi Tevzadze əsərlərindən birində deyir.

«Sovet dövründə humanitar və sosial elmlər ideoloji nəzarət altında idilər. Hökumət bu sahələrin inkişafına mane olmağa çalışırdı. Əksinə proses gedirdi və Sovet İttifaqı daha çox texniki və dəqiq elmləri inkişaf etdirirdi. Partiya rəhbərliyi hesab edirdi ki, belə inkişaf silah istehsalına yardım edə bilərdi».

UNİVERSİTETLƏ İNSTİTUTUN BİRLİYİ NƏ DEMƏKDİR?


Belə planlaşdırma nəticəsində tədqiqat institutları universitetlərdən ayrıldılar. Bu, sovet hökumətinin informasiyanı nəzarətdə saxlamaq metodlarından biri idi. Belə ki, araşdırmaları nəticələri və metodları institutların divarlarından kənara çıxmalı deyildi.

Gürcüstanda bu ənənə Sovet İttifaqı dağılandan sonra da bir müddət aradan qalxmadı. Bir neçə ilə əvvəl isə bu sahədə Qərb standartlarının tətbiqi başladı. Gənc alim Simon Canaşiya bu haqa danışır:

«Çox vacib istiqamətlərdən biri budur ki, institutlar və universitetlər birləşdilər. Məsələn, İlya Universiteti özündə bir neçə institutu cəmləyir. İndi burada həm təhsil, həm də tədqiqat gedir. Beləliklə, tələbələr elmi prosesə daha çox qoşulublar».

Amma bu cür islahatlar yarımçıq qaldı. Bəzi elmi institutlar öz müstəqilliklərini saxladılar. Qiqi Tevzadze deyir ki, bu, obyektiv siyasi proseslərin nəticəsidir.

«Biz bilirik ki, elmi tədqiqat və təhsil birləşibsə, deməli, islahatlar uğurla gedir. Amma məsələnin siyasiləşdirilməsi ayrı bir sualdır».

GÜRCÜSTANDA 10 MİN ALİM VAR


Qərb standartlarına görə, bir ölkə daxilində elmi tədqiqat qapalı deyil, o, dünya elminin bir parçasıdır. 2008-ci ildə gürcü alimləri 311 məqalə dərc etdiriblər, litvalı alimlərdə də isə belə məqalələrin sayı 2200-dür, finlilər isə 25 000 elmi məqalə dərc etdiriblər. Gürcüstan elmi məqalələrin sayına görə Cənubi Qafqazda da lider deyil - Ermənistan cüzi fərqlə Gürcüstanı geridə qoyur.

İslahatlar nəticəsində Gürcüstanda alimlərin sayı azalandan sonra elmlə məşğul olanların sayı 10 min nəfər təşkil edir. Belə çıxır ki, bir məqalə üzərində orta hesabla 33 alim işləməli idi, Qərb standartlarına görə, bu, aşağı göstəricidir. Amma bu o demək deyil ki, Gürcüstanda elmi tədqiqat aparılmır. Simon Canaşiyaya görə, problem bundadır ki...

«Bizim elmimizin nailiyyətlərinin beynəlxalq miqyasa keçməsi nə dərəcədə realdır?»

Bu beynəlxalq miqyas ingilis dilidir. Gürcüstanda isə, sovet keçmişini nəzərə alsaq, alimlərin çoxu rus və gürcü dillərində işləyirlər. Bu da onların işlərinin beynəlxalq səviyyədə yayılmasına mane olur.

YENƏ DƏ PUL!

İkinci problem isə maliyyə məsələsidir. Avropa ittifaqı ölkələrində elmin maliyyələşməsi ümumdaxili gəlirin 2% qədər ölçülür, Gürcüstanda isə bu göstərici 1%-dir bu Qafqaz regionunda ən aşağı göstəricidir.

Bu cür maliyyələşməyə baxmayaraq Gürcüstanda artan dinamika müşahidə olunur. Son vaxtlar nəşrlərin sayı artır.

Aşağı göstəricilərin səbəbi isə başlanğıc üçün əlverişli şəraitin və ölkənin dəqiq prioritetlərini müəyyənləşdirən vahid planın olmamağıdır.

Elmin inkişafının yolları dövlət proqramında qeyd olunmalıdır. Bu inkişaf Avropa Birliyinə daxil olmaq istəyən bir ölkə üçün çox mühümdür. Qiqi Tevzadze:

«Hazırda ölkənin bütövlükdə inkişafı nəzərdən keçirilir. Gürcüstan 15 ildən sonra necə olacaq, iqtisadiyyat, elm, təhsil, işsizlik və s kimi məsələlər necə həll olunacaq. Odur ki, hökumət müəyyənləşdirməlidir ki, elmin hansı sahələrinə vəsait qoyacaq».

Hələ ki, Gürcüstanda belə bir plan yoxdur. Amma islahatlar gedən ərəfədə Elmlər Akademiyasının nəzdində iki fond yaradılıb ki, bunlar da elmin inkişafına beynəlxalq ekspertlərin cəlb olunması üçün vəsait ayrılmasını nəzərdə tutur. Fondlardan birinin rəhbəri Maria Qersamiya deyir:

«Qrant almaq üçün biz Elmlər Akademiyasına və əlaqədar orqanlara müraciət etmişi. Onlar bizə istiqamət versinlər ki, elmin inkişafı üçün prioritet olan istiqamətlər hansıdır. Müraciət etmişik, hələ də gözləyirik».

HÖKUMƏT ALİMLƏRLƏ İŞLƏMƏLİDİRMİ?

Simon Canaşiya: «Əvvəl belə bir söhbət var idi ki, hökumət və alimlər birgə işləməlidirlər. Amma bunun üçün istiqamətləri müəyyənləşdirmək, prioritetləri tapmaq lazımdır. Çünki hələ də aydın deyil ki, elmi hansı istiqamətdə maliyyələşdirmək lazımdır».

SUAL – Bugünkü tendensiyalar nöqteyi–nəzərdən qiymətləndirsək, Gürcüstanda elm hansı istiqamətdə irəliləyir?

Simon Canaşiya: «Heç bir tərəfə getmir. Çünki hökumətin hələ ki, dəqiq bir fikri yoxdur. Bilmirlər ki, nəyi maliyyələşdirsinlər. Bir-birini təkzib edən müxtəlif fikirlər var».

Qərar verməyə mane olan amillərdən biri də ölkədə iqtisadi vəziyyətin pis olmasıdır. Qiqi Tevzadze öz əsərlərində deyir:

«Əgər ölkədə yaxşı inkişaf etmiş elm varsa, bu o deməkdir ki, ölkədə yaxşı universitetlər var. Yəni, ölkədə çoxlu istedadlı adamlar var və onlar müxtəlif elmi metodlardan istifadə edirlər».

Bu faktorlar Qərb dəyərlərinə köklənmiş bir ölkə üçün silahlanmadan və ölkəyə maddi vəsait cəlb etməkdən daha mühüm hesab olunur.
XS
SM
MD
LG