Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:27

Tomas Mirov Azərbaycana gəlir


Martın 15-də Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Tomas Mirov Azərbaycana səfər edəcək.

Səfərdə məqsəd bankla Azərbaycan hökuməti arasında əməkdaşlığın davam etdirilməsinin müzakirə olunması, ölkəyə uzunmüddətli dəstək göstərilməsidir.

Mirov səfər çərçivəsində prezident İlham Əliyev və digər yüksək vəzifəli dövlət məmurları ilə görüşəcək. Azərbaycan 1992-ci ildən Avropa Yenidənqurma və İnkişaf Bankının üzvüdür. Əməkdaşlıq dövründə bank Azərbaycanda infrastruktur, korporativ, energetika və maliyyə sektorunda 90-dan çox layihənin həyata keçirilməsi üçün 1 milyard dollardan artıq kredit verib.

Bu il bank Azərbaycanda 12 layihənin həyata keçirilməsi üçün 220 milyon dollar məbləğində vəsait ayırmağı planlaşdırır.
XS
SM
MD
LG