Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:12

Tikintidə korrupsiya üzrə 50 yeni cinayət işi açılıb


İraqda tikintidə fəhlələr

İraqda tikintidə fəhlələr

İRAQADA GEDƏN 150 MİLYARD DOLLAR PUL ÇEMODANLA NECƏ ÇIXARILIRMIŞ?

“The New York Times” yazır ki, ABŞ-ın İraqda yenidənqurma proqramlarına ayırdığı 150 milyrad dollarlıq pulun necə xərcləndiyi araşdırılır. Bunun üçün son altı ayda korrupsiya üzrə 50-dən artıq cinayət işi açılıb.

Araşdırmalara görə bəzi şübhəlilər İraqdan kənara on minlərlə dollar pul köçürüblər. Bəziləri isə İraqı tərk edərkən çanta və çemodanlarla dolu nəğd pul aparıblar.

Bir çoxları da İraqdan pul köçürmələrindən dərhal sonra nəğd pula BMW, Hummer maşınlar, bahalı zinət əşyaları alıblar, ya da kazinolara ağlasığmaz məbləğlərdə pullar səpiblər.

İlkin məlumatlara görə şübhəlilərin bir çoxu əldə etdiyi pulları Çin, İsveçrə, Hollandiya, Britaniya banklarında saxlayıblar. Bəzi hallarda isə nəğd pulu sadəcə olaraq evlərindəki seyflərdə gizlədiblər.

ŞÜBHƏLİLƏR ARASINDA BÜTÜN VƏZİFƏLƏRDƏN OLAN ADAMLAR VAR
Bəziləri İraqı tərk edərkən çanta və çemodanlarla dolu nəğd pul aparıblar.

Nəğd pula BMW, Hummer maşınlar, bahalı zinət əşyaları alıb, kazinolara ağlasığmaz məbləğdə pul səpiblər.


Araşdırmalara görə əsas şübhəlilər ABŞ vətəndaşlarıdır və tikinti proqramları rüşvətxorlara və oğrulara olduqca münbit şərait yaradıbmış.

İraqda yenidənqurma üzrə müstəqil Araşdırma İdarəsinin rəhbəri Stuart Bowen bildirib ki, hələ də davam etməkdə olan bir saxtakarlıq prosesi var və bunu dayandırmaq mümkün olmur.

Stuart Bowen bu mövzuda yalnız ümumi suallara cavab verib, konkret şübhəli adamların adlarını çəkməkdən imtina edib. Amma bildirib ki, şübhəlilər arasında özəl şirkətlərin nümayəndələri, ordu zabitləri, mülki adamlar var.

Buna bənzər bir araşdırma da fevral ayından Əfqanıstanda yenidənqurma layihələri üçün başlanıb.

KORRUPSİYAYA DAİR 35 İDDİA 58 CİNAYƏT İŞİ ARAŞDIRILIR

Stuart Bowen bu ilin sonuna qədər daha yeni-yeni faktlar üzrə araşdırmalara başlanacağını istisna etməyib.

Araşdırmalara İraqın Baş prokurorluğu da qoşulub. Hazırda prokurorluqda 35 iddia və 27 cinayət işi araşdırlır. İraqın Ədliyyə Nazirliyinin məlumatına görə saxtakarlıq üzrə araşdırmalara başqa dövlət orqanları da qoşulandan sonra cinayət işlərinin sayı 27-dən 58-ə qalxıb.
XS
SM
MD
LG