Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:43

Gürcüstan müxalifəti etiraz aksiyasına çıxıb


Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiya qüvvələrinin ölkəyə soxulması ilə bağlı İmedi kanalının dünən göstərdiyi səhnələşdirilmiş süjetlər xoşagəlməz , amma reallığa çox yaxındır.

Saakaşvili hesab edir ki, bu səhnə Gürcüstanı yeni müharibədən qorumaq məqsədi güdür.

Eyni zamanda prezidentin nümayəndəsi Manana Manjqaladze deyib.

İmedi televiziya kanalının dünən göstərdiyi süjetlərdən belə çıxıb ki, Rusiya tankları Tbilisiyə doğru hərəkət edir, prezident Mixeil Saakaşvili öldürülüb, müxalifət Rusiyayla birləşərək silahlı qiyama çağırır.

Kanal bunu hadisələrin mümkün inkişafı kimi izah eləsə də süjet xalqda qorxu yaradıb.

Müxalifət lideri Nino Burcanadze bildirib ki, onun partiyası İmedi televiziyası və hakimiyyəti məhkəməyə vermək istəyir.
İmedi televiziya şirkəti baş verənlərə görə xalqdan üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG