Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:43

Bəsrədə səslərin 60 faizindən çoxu sayılıb


İraqın cənubundakı Bəsrə əyalətində keçirilmiş parlament seçkilərində baş nazir Nuri əl Malikinin bloku irəlidə gedir.

Mərkəzi Seçki Komissiyası əsasən şiələrin yaşadığı bu əyalətdə artıq səslərin 60 faizindən çoxunun sayıldığını xəbər verir.

İkinci yerdə şiələri birləşdirən milli alyans, 3-də isə keçmiş baş nazir İyad Ələvinin rəhbərlik etdiyi blok gəlir.

Bəsrə seçicilərin sayına görə ölkədə 3-cü böyük əyalət sayılır.

Seçkilərin yekun nəticələri martın sonlarında bəlli olmalıdır.
XS
SM
MD
LG