Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:31

Saakaşvili dünənki süjetləri reallığa yaxın sayır


Gürcüstan prezidenti Mixeil Saakaşvili bildirib ki, guya Rusiya qüvvələrinin ölkəyə soxulması ilə bağlı İmedi kanalının dünən göstərdiyi süjetlər xoşagəlməz olsa da reallığa çox yaxındır.

Saakaşvili hesab edir ki, bu səhnə Gürcüstanı yeni müharibədən qorumaq üçün edilib.

İmedi televiziya kanalının dünən göstərdiyi süjetlərdən belə çıxıb ki, Rusiya tankları Tbilisiyə doğru hərəkət edir, prezident Mixeil Saakaşvili öldürülüb.


Müxalifət lİderi Nino Burcanadze bildirib ki, onun partiyası İmedi televiziyası və hakimiyyəti məhkəməyə vermək istəyir.
İmedi televiziya şirkəti baş verənlərə görə xalqdan üzr istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG