Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:49

Bir gündə 24 nəfərin qətli


Narkotik maddə ilə əlaqəli atışmalar Meksikada bir gündə 24 nəfərin həyatına son qoyub. Onlardan 13-ü kurort şəhəri kimi məşhur olan Akapulkada öldürülüb.

Hadisə martın 13-də baş verib. Başı kəsilmiş iki kişi meyiti Akapulkada küçədə, güllələnmiş başqa bir kişi meyiti isə şəhərdən kənarda tapılıb.
Silahlanmış dəstə Akapulkadan kənar bir kənddə 5 polis məmurunu da öldürüb. Həmin ərazidə polis güllələnmiş daha 5 nəfərin cəsədini tapıb, onlardan da ikisinin başı kəsilibmiş.

SON 3 İLDƏ 17 MİNDƏN ÇOX İNSANIN HƏYATINA SON QOYULUB

Meksikanın narkotik maddə ilə mübarizəsində qətl gününə çevrilən şənbə günündə digər atışma Ajuchitlan del Progreso adlı kiçik şəhərdə baş verib. Burada əli silahlılar şəhərə nəzarət edən 5 əsgərə atəş açıblar. Rəsmi məlumata görə, hücum edənlərdən 10-u, əsgərlərdən isə 1-i həlak olub.

Turistlər arasında məşhur şəhərlərdən olan Akapulka silahlı narkotik maddə alverçi qrupları ilə mübarizə meydanına çevrilib. Akapulka həm də narkotik maddə trafiki üzrə ölkədə ən böyük qruplaşma olan «La Familia» qaçaqmalçılarının nəzarəti altındakı Michoacan əyalətinin qonşuluğunda yerləşir.

Meksikadan daha çox şimala, Birləşmiş Ştatlara narkotik maddə ötürən bu dəstələrlə mübarizə aparmaq üçün prezident Filipe Kalderon ölkə üzrə narkotik maddə trafikinin qaynaq olduğu bütün bölgələrdə on minlərlə qoşun yerləşdirib. Maksikada narkotik maddə ilə bağlı cinayətlər son 3 ildə daha çox artıb və bu müddət ərzində 17 mindən çox insanın həyatıa son qoyulduğu iddia olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG