Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:20

Qarabağ münaqişəsində müharibə istisna olunmalıdır


Dağlıq Qarabağ münaqişəsinin həllində müharibə və zorakılıq tamamilə istisna olunmalıdır".

Bunu Azərbaycana səfərə gələn ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş deyib.

O qeyd edib ki, səfərdə məqsəd

Qafqaz ölkələrində sülh danışıqlarına təkan vermək, bu istiqamətdə tərəflərə yardım göstərməkdir.

Joao Soareş artıq bundan əvvəl Gürcüstan və Ermənistanda olduqlarını bildirib.

O qeyd edib ki, ən vacib məsələ Parlament Assambleyasına daxil olan bütün ölkələr arasında razılıq əldə etməkdir.

Müharibə münaqişənin həlli yolu deyil, müharibə və zorakılıq tamamilə istisna olunmalıdır-deyə ATƏT rəsmisi vurğulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG