Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:49

İraqda səslərin sayılması davam edir


İraqda səslərin sayılması davam edir.

Mərkəzi Seçki Komissiyası Bağdadda keçirilmiş seçkilərin ilkin nəticələrini açıqlayıb.

Ölkə paytaxtında baş nazir Nuri əl Malikinin rəhbərlik etdiyi şiə bloku irəlidə gedir.

Bağdadda qələbə parlamentdə mandatların bölünməsində əsas rol oynaya bilər.

Əl Malikinin bloku 3 cənub əyalətində də liderlik edir.

Seçkilərin yekun rəsmi nəticələri bir neçə həftədən sonra bəlli olmalıdır.

İraqda parlament seçkiləri ötən bazar keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG