Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:35

«Azərbaycanda insan haqlarının pozulması dövlət siyasətdir…»


Fuad Qəhrəmanlı və Zahid Oruc
Fuad Qəhrəmanlı və Zahid Oruc
«Panorama» verilişində millət vəkili Zahid Oruc və AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ABŞ Dövlət Departamentinin insan haqları ilə bağlı illik hesabatını dəyərləndiriblər.

ZAHİD ORUC:

«Biz bu hesabatı qəbul etmirik. Ancaq ona görə yox ki, orada yazılanların heç biri həqiqət deyil. Bəlkə də orada sadalanan bir sıra məsələlər həqiqətdir. Ancaq bu hesabatla qarşıya qoyulan məqsəd düzgün deyil. Bu, lap «soyuq müharibə» dövründəki yanaşmanı xatırladır. Orada bir sıra pozuntuları xatırladaraq, bunu dövlətin siyasəti kimi təqdim etməyin özü yanlışdır. Məqsəd hansısa geosiyasi və ya iqtisadi məsələlər üçün insan haqları mövzusunu istismar etməkdir. Görün iş o yerə çatıb ki, dövlətin mətbuata maddi yardımlar etməsini onun mətbuatı nəzarətə götürməsi kimi dəyərləndirirlər. Halbuki, məqsəd mətbuatı bəzi siyasiləşmiş, lap elə kriminallaşmış dairələrin nəzarətindən çıxarmaqdır».

FUAD QƏHRƏMANLI:

«Dövlətin mətbuata yardımlar etməsinin onu nəzarətə götürmək istəməsi kimi qavranması başa düşüləndir. Bu anlayış dövlətin siyasətindən yaranır. Baxın, jurnalistlərin döyülməsi, öldürülməsi ilə bağlı bir istintaq belə başa çatmayıb. Əslində, Azərbaycanda insan haqlarının pozulmasına, korrupsiya hallarına məmur özbaşınalığı kimi baxmağın özü yanlışdır. Azərbaycanda korrupsiyanın inkişafı da, insan haqlarının daha çox pozulmasının da arxasında hakimiyyətin bütünlükdə özü dayanır...»

Buna da bax:

XS
SM
MD
LG