Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Tailanda kütləvi nümayiş keçirilir


Tailandda hökumət əleyhinə kütləvi nümayiş keçirilir.

Ölkənin müxtəlif bölgələrindən gələn keçmiş baş nazir Taksin Çinavatranın minlərlə tərəfdarı ölkə paytaxtı Bangkoka doğru hərəkət edir.

Nümayişçilər hazırkı hökumətin istefasını və liderlərinin ölkəyə dönməsini tələb edirlər.

Mümkün hərc-mərcliyin qarşısını almaq üçün şəhərin küçələrinə 50 minə yaxın hərbçi və polis çıxarılıb.

2006-cı ildə hakimiyyətdən uzaqlaşdırılmış Çinavatra hazırda Birləşmiş Ərəb Əmirliklərində yaşayır.

Günün bütün mövzuları

XS
SM
MD
LG