Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:08

Fransalı senator Azərbaycana səfər edəcək


Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəvəti ilə Fransa Senatının yuxarı palatasının senatoru Natali Qule mart ayının 16-dan 19-dək Azərbaycanda səfərdə olacaq.

Fransalı qonaq rəsmi şəxslərlə görüşəcək, «Azərbaycan Qafqazın və Yaxın Şərqin stabil dövləti kimi» adlı tədbirdə iştirak edəcək.

Senator kimi fəaliyyətinə 2007-ci ildən başlayan Natali Qule hazırda Fransa Senatının Fransa-Qafqaz Parlamentlərarası dostluq qrupunun, NATO Parlament Assambleyasının İqtisadi komissiyasının üzvüdür.

O, Fars Körfəzinə dair müxtəlif tədqiqatların müəllifidir.
XS
SM
MD
LG