Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:53

ABŞ səfirliyi qarşısında etiraz aksiyası


Qarabağ Azadlıq Təşkilatının (QAT) 50-yə yaxın fəalı ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib.

Aksiya təxminən 10 dəqiqə davam edib. Daha sonra Nəsimi rayon 21 Polis Bölməsi aksiyaya müdaxilə edib. 5 nəfər polisə aparılıb.

QAT sədri Akif Nağı deyir ki, aksiyada məqsəd Amerika Konqresinin Xarici Əlaqələr Komitəsində erməni soyqırımı iddiaları haqda qətnamənin qəbul olunmasına etiraz etməkdir:

«QAT ABŞ səfirliyi qarşısında etiraz xarakterli şüarlar səsləndirdib, mövqeyini bildirib. Biz hesab edirik ki, ABŞ Türkiyəyə qarşı təzyiqlərə son qoymalı, Azərbaycanın maraqlarına etinasız yanaşmamalıdır. «Erməni soyqırımı» qətnaməsinin qəbulu Türkiyənin Ermənistanla münasibətlərini bərpa etməsi üçün atılan addımdır».

ABŞ səfirliyinin sözçüsü Terri Devidson isə deyir ki, onlar Azərbaycanda vətəndaşların öz fikirlərini azad ifadə etmələrini müsbət qiymətləndirirlər:

«Barak Obama və ABŞ Dövlət katibi xanım Klinton bildirmişdilər ki, Konqres 1915-ci ildə baş verən hadisələrin müzakirəsi yeri deyil. Türk, erməni tarixçiləri, xalqı bu hadisələri araşdırmalıdırlar. Türkiyə Ermənistan münasibətlərinin normallaşmasına bu araşdırmalar kömək edə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG