Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:06

İş yerində əhval-ruhiyyənin yaxşı olması üçün neyləməli?


Mütəxəssislər deyir ki, iş yerindən çıxmağın əsas səbəblərindən biri müdirlərdir

Mütəxəssislər deyir ki, iş yerindən çıxmağın əsas səbəblərindən biri müdirlərdir

İş yerində əhval-ruhiyyənin yaxşı, özünün enerjili olması üçün nə etmək lazımdır? «Forbes» jurnalı bununla bağlı 10 qaydanı açıqlayıb:

1. Onsuz da ömrümüz başımıza gələnləri yaxşı və pis qiymətləndirməklə keçir. Bəzən yağış yağmasını da pis hadisə kimi görürük. Bu il işdə mükafat almamışıqsa, bu, bizə dəhşətli gəlir. «İş yerində xoşbəxtlik» adlı kitabın müəllifi Srikumar Rao yazır ki, bir şeyin pis olduğunu fikirləşsəniz, onun təsiri də pis olacaq. Elə buna görə də beynimizi pis qiymətləndirmələrdən xilas etməliyik.

2. Suallarla çox baş sındırmayın. Sizi əsəbiləşdirən bir şeyi tezliklə beyninizdən çıxara bilsəniz, iş yerində daha yaxşı əhval-ruhiyyədə olacaqsız.

3. Görəcəyiniz işlərin siyahısını tutun. İşləmək üçün özünüzdə kifayət qədər güc tapmırsınızsa, ən yaxşı çıxış yolu siyahı tutmaqdır. Nə etmək istəyirsiniz, bunu müəyyənləşdirin. İstədiklərinizi etdikcə, üstündən qaralayın. Bu, sizə nəzarəti əlinizə aldığınızı az da olsa hiss etdirəcək.

4. Diqqətinizi işinizə yönəldin. Həm vaxtınız tez keçəcək, həm də gördüyünüz işdən xoşunuz gələcək.

5. Pis şeylər haqqında düşünmək depressiyaya gətirib çıxarır. Qarmaqarışıqlara son qoyun. Ağlınıza ən yaxşı hadisəni gətirin. Əsəbiləşdiyiniz vaxt həmişə o an haqqında düşünün.

6. Özünüzə vaxt ayırmağa çalışın. Onsuz da iş yerləri həmişə stresslidir. Yeməyə ayırdığınız vaxtın bir hissəsini oğurlayıb qısa gəzintiyə çıxın. Çünki sakit bir yerdə dincəlmək sonra daha yaxşı işləməyə kömək edir.

7. Gördüyü işin dəyərli olduğunu düşünənlərin əhval-ruhiyyəsi daha yaxşı olur. Gördüyünüz işin heç bir mənası olmadığını fikirləşsəniz, bu, sizi sıxacaq.

8. İş yerində münasibətlərinizi genişləndirmək istəyirsinizsə, ətrafınızdakılarla ortaq bir nöqtə tapmalısınız. Bu, sizin iş saatlarınızın daha yaxşı keçməsinə kömək edəcək.

9. Mütəxəssislər deyir ki, iş yerindən çıxmağın əsas səbəblərindən biri müdirlərdir. Hamı müdirdən şikayət edir. Belə vaxtda ən yaxşı çıxış yolu müdirin stressli olduğunu qəbul etməkdir.

10. Yox, işdə əhval-ruhiyyənizi qaldırmaq üçün əlinizdən gələni edib yenə narazısınızsa, demək başqa bir iş tapmağın vaxtı çatıb. Özünüzü pis hiss etdiyiniz yerdə qalmağın nə mənası var?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG