Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 23:43

“Yabloko” partiyasını əyalət seçkilərindən kənarlaşdırıblar


Rusiyanın Ali Məhkəməsi müxalifətdə olan “Yabloko” partiyasının Sverdlovsk vilayətində seçkidə iştirakına qoyulan qadağanı qüvvədə saxlayıb.

Yerli qanunverici orqana partiya siyahıları üzrə seçki martın 14-də keçiriləcək. Seçki Komissiyasının qərarına görə partiyanın təqdim etdiyi seçici imzalarının 50 faizindən çox saxta olub.

Martın 9-da isə Rusiya Ali Məhkəməsi “Yabloko”nun bu qərardan şikayətini təmin etməyib. Partiyadan bildiriblər ki, qərar siyasi mahiyyətlidir.

Ali Məhkəmə həmin gün partiyanın Kaluqa vilayətində seçkidə iştirak etməyə imkan verilməməsi barədə şikayətini də rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG