Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:37

Medvedev polisin rüşvət kanalının birini bağlamağa çalışır


Rusiyada deputatlar iqtisadi cinayıtkarlığa görə daha yüngül cəza verməyi nəzərdə tutan qanun layihəsini təsdiqləyiblər. Prezident Dmitri Medvedevin göndərdiyi bu layihədə iqtisadi cinayətkarlıqda şübhəli bilinən adamların girov əvəzində azadlığa buraxılması nəzərdə tutulur. İndiyə qədər qüvvədə olan qanunda isə bu cür adamların həbs edilməsi nəzərdə tutulurdu.

Prezident hesab edir ki, bu, korrupsioner polis zabitlərinin əməllərinin qarşısını alacaq. Belə ki, indiyə qədər polis iş adamlarını tutub pul alaraq, onları azad edirdi.

Rusiya parlamentinin aşağı palatası artıq prezidentin təklifinə birinci oxunuşada səs verib. Layihənin qanun kimi qüvvəyə minməsi üçün onun daha iki oxunuşda müzakirə edilməsi lazımdır.

Medvedev özünü əvvəlki prezident Putindən daha liberal adam kimi təqdim etməyə çalışır. O, biznesə və siyasi azadlıqlara daha dözümlü mühit yaradacağına söz verib.
XS
SM
MD
LG