Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:48

Varlılar niyə həbs edilir


Oliqarxlara qarşı kampaniya prezident İslam Kərimovun dekabr ayındakı çıxışından sonra başlayıb
Oliqarxlara qarşı kampaniya prezident İslam Kərimovun dekabr ayındakı çıxışından sonra başlayıb
Bu həftə Özbəkistanda varlı adamların bir çoxu həbs olunub, saxlanılıb, ya da təqib olunub. Onların arasında Daşkəndin məşhur «Paxtakor» futbol klubunun prezidenti, ölkənin ən böyük topdansatış bazarının rəhbəri, tikinti maqnatları, bankirlər var.

ÖLKƏDƏ OLİQARX OLMAYACAQ

Oliqarxlara qarşı kampaniya prezident İslam Kərimovun dekabr ayındakı çıxışından sonra başlayıb. Həmin çıxışında prezident bildirmişdi ki, Özbəkistanda qeyri-bərabərliyə yer yoxdur. Hakimiyyət maddi cəhətdən qeyri-bərabərliyə yol verməyəcək, ölkədə heç bir oliqarx olmayacaq.

Ölkə rəsmiləri bu kampaniyanı anti-korrupsiya əməliyyatı kimi təqdim edir. Ölkədə müstəqil media olmadığından nələrin baş verdiyini dəqiqləşdirmək mümkün deyil.

Qalima Buxarbayeva Özbəkistanda çoxdan işləyən jurnalistlərdəndir. O son baş verənlər haqqında bunları deyir:

MEDİA ŞAYİƏDƏN BAŞQA MƏLUMAT ƏLDƏ EDƏ BİLMİR

«Hazırda baş verənlər çox narahatedicidir. İctimaiyyətə heç bir məlumat verilmir. Gəzən şayiələri və təsdiqlənməmiş məlumatları bir yerə toplasaq, belə qənaətə gəlmək olar ki, Özbəkistanda heç kimin təhlükəsizliyinə təminat yoxdur».

Özbəkistan haqqında məlumat verən müstəqil veb-saytlar - uzmetronom.com, uznews.net və ferghana.ru saytları həbs olunanların adlarını açıqlayıb. Həmin məlumatlara görə, onlar Özbəkistanın ən böyük topdansatış bazarının rəhbəri Dmitri Lim, həmin bazarın 50-dən çox yüksək rütbəli şəxsi, «Bekabad» sement zavodunun rəhbəri Alik Nurutdinov da saxlanıb.
Aleksey Voloseviç
Saxlananlar arasında «Paxtakor» futbol klubunun prezidenti, iş adamı Batır Rəhimov da var. Onun qardaşı Bəxtiyar Rəhimov isə qardaşının həbs xəbərindən sonra ölkəni tərk edib, hazırda axtarışdadır. Axtarışda olanlar arasında «Alp Jamol-Bank»ın rəhbəri Muhiddin Asomiddinov və «Qızılqumsement»in direktoru Rajabbay Jumanazarov da var.

Budan başqa Özbəkistanda neft və qaz sənayesi ilə məşğul olan, qeydiyyatdan keçmiş «Zeromax» şirkətinin özbək sahibləri də sorğu-sual olunurlar.

Bu həbslərlə bağlı çoxlu fərziyyələr var. Məsələn, ferghana.ru saytından Aleksey Voloseviç deyir ki, həbslərin büdcənin boş olmasıyla da bağlayanlar var:

«Adamların çoxu belə düşünür ki, dövlət büdcəsi boşdur. Belə vəziyyətlərdə hakimiyyət bir qayda olaraq yollar axtarırlar. Bu yollardan biri iş adamlarını çək-çevirə salıb istintaqla hədələməklə dövlət büdcəsini doldurmaqdır».

BU, HƏLƏ BAŞLANĞICDIR...

Ekspertlər deyir ki, baş verənlər əməliyyatın başlanğıcıdır. Çünki həbs olunanların bir çoxu dövlətin başında duran adamlara aparıb çıxa bilər. Yoxlamalar aparan bəzi müəssisələrin bir çoxunun 1993-cü ildən Özbəkistan prezident aparatına rəhbərlik edən və ölkədə boz kardinal kimi tanına Zəlimxan Heydərova məxsus olduğu bildirilir. Başqa bir fikir də odur ki, iş adamlarına qarşı kampaniya prezidentin böyük biznesə malik olan Gülnarə və Lola bacılarının atalarının hakimiyyətdən getməsindən sonra varislik planının asanlıqla həyata keçirməsinə xidmət edir. Ona görə də hakimiyyət köhnələrdən canını qurtarıb Kərimov ailəsinə loyal olan yeni nəslə yol açmaq istəyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG