Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:57

Polis Türkiyəyə dəstək aksiyasına müdaxilə etdi


Bu gün Ümid Partiyası Gənclər Təşkilatı Türkiyənin Bakıdakı səfirliyi qarşısında Türkiyəyə dəstək aksiyası keçirib. Aksiya ABŞ və İsveç parlamentlərində
«erməni soyqırımı» ilə bağlı qəbul olunmuş sənədlərə etiraz məqsədi daşıyıb. Aksiyada «Azərbaycan – Türkiyə», «Türkiyə Səninləyik» şüarları səsləndirilib.

Bakı şəhər İcra Hakimiyyətinin icazə vermədiyini əsas gətirərək polis aksiyaya mane olub. Aksiya iştirakçıları səfirliyin qarşısından uzaqlaşdırıblar.

Aksiya iştirakçılarından bir neçə nəfər polis tərəfindən saxlanılıb. Saxlananlar arasında Ümid Partiyası sədrinin ideoloji-təbliğat məsələləri üzrə müavini Taleh Əliyev də var. Az sonra saxlananların hamısı azad edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG