Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:13

Türkmənistanda ilk müzikl səhnəyə qoyuldu - "Arşın mal alan"


"Arşın mal alan". Azərbaycan Musiqili Dram Teatrı. 18 sentyabr 2009

"Arşın mal alan". Azərbaycan Musiqili Dram Teatrı. 18 sentyabr 2009

Türkmənistanın paytaxtı Aşxabadda Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası əsasında müziklin nümayişində anşlaq olub. Bu barədə "Zerkalo" qəzeti Türkmənistan mətbuatına istinadla yazır.

"Zerkalo" yazır ki, belə böyük marağı təsadüfi saymaq olmaz. "Arşın mal alan" şəxsiyyətin azadlığı, qadının azadlığı mövzularına həsr edilib. Azərbaycanda 1945-ci ildə çəkilən eyni adlı film də Türkmənistanda populyardır.

Türkmən mətbuatı Məhtimqulu adına Musiqili-Dram Teatrındakı anşlaqın səbəbini belə izah edir:

"Burada həm sevgi macərası, həm qan qaynadan etnik musiqi, həm Bakının qədim anturajı, həm sevgililərin qovuşmasına mane olan intriqalar, həm komik səhnələr, həm də "happy end" var".

Vesti.ru yazır ki, Türkmənistanda ilk dəfədir ki, müzikl şanrına müraciət ediblər. Bundan əvvəl ən çox inkişaf edən opera olub, amma keçmiş prezident Niyazov operanı da, baleti də "türkmən xalqına yad sənət növləri" kimi qadağan etmişdi.

2008-ci ildə yeni prezident Berdıməhəmmədov operaya qoyulan qadağanı götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG