Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:51

Amnesty İnternational azərbaycanlı fəalın azad olunmasını alqışlayır


Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty İnternational iranlı jurnalist Abdulla Səduqinin azadlığa buraxılmasını alqışlayıb. Təşkilatın bəyanatında deyilir ki, 7 həftə həbsdə saxlanan Səduqi pantürkizmi yaymaqda və milli təhlükəsizliyə qarşı fəaliyyətdə ittiham olunub.

Amnesty İnternational bildirir ki, Abdulla Səduqi Təbrizin «Traxtorsazi» futbol klubunun afişalarında “Bütün Azərbaycan sizinlə qürur duyur” yazılan icazəli afişaları yayandan sonra tutulmuşdu. Təşkilat İranda Azərbaycan dilini təbliğ edənləri kəşfiyyat orqanlarının nəzarətə götürdüyünü xatırladır.

AzadıqRadiosuna müsahibəsində Abdulla Səduqi girov qarşılığında azad olunduğunu, yaxın vaxtlarda məhkəməsinin keçiriləcəyini bildirib.

Abdulla Səduqi Təbrizdə nəşr olunan «Qol» qəzetinin yazarıdır. Təbrizin «Traxtorsazi» futbol klubunun icazəli afişalarını Azərbaycan dilində nəşr etdiyi üçün yanvarın 18-də İranın kəşfiyyat qurumu ETTELAAT onu həbs eləmişdi. Həbsindən 1 ay sonra o müddətsiz aclıq aksiyası keçirmişdi. Sragagün axşam o girov qarşılığında məhkəməyə qədər azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG