Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:05

Texniki baxış neçəyədir?


Bakıda sürücülər zarafatla deyirlər ki, onlar az qala dövlət rüsumları haqqında qanunu şeir kimi əzbərləyirlər. Çoxları 2010-cu ildə kitabça kimi çap olunmuş rüsumlar haqqında qanunu maşınında gəzdirir. Amma sürücülər bu zəhmətlərinin özlərinə qaldığını, qanunu bilmələrinin bir işə yaramadığını deyirlər.

Bildirdiklərinə görə dövlətin təyin etdiyi texniki baxış üçün 10 manat əvəzinə 40-45 manat, 15 manat dövlət rüsümu olan təkrar verilən sürücülük vəziqəsinə 110-150 manat pul ödəməli olurlar. Sürücülər idda edirlər ki, maşına qeydiyyat nişanı alanda 18 manat rüsüm əvəzinə onlara ən azı 300 manat ödətdirilər.

Dövlət Yol Polisinin nümayəndəsi isə bildirir ki, qanunla texniki baxışın qiyməti 40 manata da çıxa bilər, sadəcə sürücülər qanunu yaxşı bilmirlər. Bu polmeika haqqında daha ətraflı "Korrupsiometr" saytında oxuyun.
XS
SM
MD
LG